islamın əsasları
Allahın "əl-Həfiz" adının mənası
əl-Həfiz sözü hifz edən, qoruyan deməkdir. Uca Allahın əl-Həfiz adı Qurani-Kərimdə üç yerdə zikr edilir. O buyurur: “Şübhəsiz ki, Rəbbim hər şeyi mühafizə edir” (Hud, 57). “Sənin Rəbbin hər şeyi mühafizə edəndir” (Səba, 21). “Allahdan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir” (əş-Şura, 6).
Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları
Uca Allahın ad və sifətlərinə iman gətirməyin müsəlmana və onun Rəbbinə etdiyi ibadətə çox böyük müsbət təsiri vardır. Bu, müsəlmanın qəlbində yalnız Uca Allaha təvəkkül etmək, Uca Allahın razı qalacağı əməllər barəsində düşünmək, Allah üçün sevmək, habelə yalnız Allahdan diləmək və Onun barəsində gözəl zəndə olmaq kimi dərin mənalar buraxır.
Allahın "əl-Aziz" və "əl-Cəbbar" adlarının mənası
Uca Allahın əl-Aziz adı hamıdan izzətli, qüvvətli və hər şeyə qalib gələn deməkdir. Uca Allahın əl-Aziz adı Qurani-Kərimdə doxsan iki dəfə zikr edilir. Allah təala buyurur:
“Həqiqətən, O, Qüdrətlidir (əl-Aziz), Müdrikdir” (əl-Ənfal, 63).
Həmçinin buyurur: “Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir” (Fatir, 44).
Uca Allahın əl-Cəbbar adı isə ən əzəmətli və ən güclü olan deməkdir. Bu ad Qurani-Kərimdə bir dəfə zikr edilir. Allah təala buyurur:
Allahı zikr etməyin fəziləti
Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (əl-Bəqərə, 152).
"Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır" (əl-Əhzəb, 35)
"Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız" (əl-Cumuə, 10)
"Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir" (əl-Ənkəbut, 45)
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir:
Allahın "əl-Mumin" və "əl-Muheymin" adlarının mənası
əl-Mu`min sözü haqqı təsdiq edən, həmçinin əmin-amanlıq bəxş edən deməkdir. Uca Allahın bu adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Allah təala buyurur:
“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən (əl-Mu`min), hər şeyi müşahidə edən (əl-Muheymin), Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23).
əl-Mumin – bəndələrinə öz əzabından əmin-amanlıq bəxş edəndir. əl-Mumin - möminlərə vəd etdiyi mükafatı və kafirlərə vəd etdiyi əzabı təsdiq edəndir.
Allahın "əl-Məlik" adının mənası
Allahın "ət-Təvvab" adının mənası
Vacib buyurulanları yerinə yetirən mütləq Cənnətə girəcək
Ənəs ibn Malik demişdir: “Bizə Peyğəmbərdən - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər hansı bir şey haqqında (heç bir zərurət olmadan yersiz) sual vermək qadağan edilmişdir. Odur ki, bədəvilərdən ağıllı bir adamın gəlib qulağımız eşidə-eşidə Peyğəmbərə sual verməsi bizə xoş gəlirdi. Bir dəfə bir bədəvi gəlib dedi: “Ey Muhəmməd! Göndərdiyin adam yanımıza gəldi və söylədi ki, guya sən, Allahın səni insanlara elçi göndərdiyini deyirsən?” Peyğəmbər: “O, doğru söyləmişdir”– dedi. Adam soruşdu:
– Göyü yaradan kimdir?
– Allahdır!
Allahın "əs-Sələm" adının mənası
"Salam" sözü salamatlıq deməkdir. Uca Allah buyurur: “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!" - deyərlər” (əl-Furqan, 63).
Hər cür bəlalardan və pisliklərdən salamat olduğuna görə Cənnət “Dərus-Sələm” (Salamatlıq yurdu) adlanır. Həmçinin, Uca Allah doğru yolla gedənlərə salamatlıq bəxş etdiyini bildirərək buyurur: “Doğru yolla gedənlərə salam olsun!” (Taha, 47).