islamın əsasları
Axirət günü nədir?
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur:
Mələklər haqqında
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Mələklərə iman bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur:
Qədəri bəhanə gətirənlərə cavab
Uca Allah hər şeyi bilməsi və hər şeyin qədərini qabaqcadan yazması ilə birlikdə əmr və qadağaların tətbiqini bəndənin ixtiyarına buraxmışdır. Əgər bəndənin bu məsələdə seçmək hüququ və gücü olmasaydı, bu onun üçün yerinə yetirə bilməyəcəyi bir vəzifə olardı ki, bu da Uca Allahın hikmətinə, rəhmətinə və aşağıdakı ayədə xəbər verdiyi doğru sözünə uyğun gəlməzdi: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə 286).
Qəbir əzabı haqqında
Rəvayət edilir ki, Səmura ibn Cundəb demişdir: “Peyğəmbər (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Sizlərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apardılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb.
Qədərə iman gətirməyin faydaları
Beləcə Adəm Musaya qalib gəldi
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Adəm ilə Musa Rəblərinin dərgahında bir-biri ilə mübahisə etdilər və Adəm Musaya qalib gəldi. Musa dedi: "Sən Allahın Öz əli ilə yaratdığı, sənə Öz ruhundan üfürdüyü, mələklərini sənin üçün səcdə etdirdiyi, Öz Cənnətində yerləşdirdiyi, sonra etdiyin xəta ucbatından insanları yerə endirdiyi Adəm deyilsənmi?" Adəm dedi: "Sən Allahın kəlamını insanlara çatdırmaq üçün seçdiyi elçisi, sənə içərisində hər bir şeyi izah edən lövhələri verdiyi və səninlə danışıb səni özünə yaxın etdiyi Musa deyilsənmi?
Qədərə iman
Kim Onun adlarını sayarsa, Cənnətə girər
İman gətirmədən əməl etmək və dəlil-sübutsuz iman gətirmək düzgün sayılmaz. Dəlil-sübutsuz iman gətirənin misalı zülmət qaranlıqda əlində çıraq tutaraq yol gedən və az müddətdən sonra çırağı sönən kimsənin misalına bənzəyir. Allah insana şüur verərək onu bütün məxluqlardan üstün etmişdir. İnsan şüur vasitəsilə kainatın sirlərini öyrənir, kainatı idarə edəni, onun sahibini tanımağa, eləcə də Ona iman gətirməyə müvəffəq olur. Allahı tanımaq biliklərin ən üstünüdür.
Əgər insan bir az düşünsə...
Əgər insan bir az düşünsə, onu yaradan, ona qabiliyyətlər bəxş edən qüvvənin Uca Allah olduğunu anlayar. İnsanın ən ümdə vəzifəsi öz Yaradanını tanımaqdır. Yaradanı tanımadan Ona iman gətirmək mümkün deyildir. Düzgün iman əldə etməyə can atan hər bir kəs elmə yiyələnməlidir. Əgər biz kainatda olan varlıqlar; günəş, ay, planet, ulduz, gecə, gündüz, külək, yağış, insan, heyvan və bitkilər haqqında fikirləşsək, şübhə etmədən bu varlıqların hamısının bir Yaradanı olması nəticəsinə gələrik. Yaradılışda olan hər bir ünsür yaradanın qabiliyyətinə işarə edir.