islamın əsasları
Tövhid nədir?
Rəbbimiz Allahdır!
Rəbb sözü hökmdar, itaət olunması gərəkən rəhbər, islah edən deməkdir. Allah gördüyü işlərdə tək olan Hökmdardır. Bu işlərə yaratmaq, ruzi vermək, hökmranlıq etmək, nemət vermək, mülk sahibi olmaq və hökm verməyi misal göstərmək olar. Bütün bu işlərdə Allahın şəriki yoxdur. Odur ki, hər bir bəndə bunlara iman gətirməlidir. Uca Allah buyurur:
Hər kəsə lazım olan iman
Məhz düzgün iman sayəsində həm bu dünyada, həm də Axirətdə xeyir qazanmaq olar. Belə ki, iman tələb olunan ən mühüm məsələ, qarşıya qoyulan ən ali məqsəd və ən böyük hədəf sayılır. Məhz onun sayəsində insan xoşbəxt və firavan həyat sürür, xoşagəlməz hadisələrdən, şərdən və bədbəxtçilikdən canını qurtarır, üstəlik heç vaxt yoxa çıxmayacaq və puç olmayacaq axirət savabına, əbədi nemətlərə və tükənməz xeyir-bərəkətə nail olur.
İbadət nədir?
İbadətə layiq olan yalnız Allahdır
Kainatdakı yaradılmışlar haqqında düşüncələr insanı yalnız Allaha ibadət etməyə yönəldir. Kainatı yaradan və idarə edən, göyləri və yeri saxlayan, göydən ruzi göndərən, həyat verən və ölüm göndərən Allahdır. Buna görə də ibadətə layiq olan da yalnız Odur. Uca Allah buyurur: “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. O, sizin üçün yer üzünü döşədi, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın.
Abdullah ibn Səlamın İslamı qəbul etməsi
Rəvayət edilir ki, Abdullah ibn Səlam Peyğəmbərin Mədinəyə gəldiyini eşitdikdə onun yanına gəlib dedi: “Səndən peyğəmbərlərdən başqa kimsənin bilmədiyi üç şey barəsində soruşmaq istəyirəm. Qiyamət saatının ilk əlaməti nədir? Cənnət əhlinin ilk yediyi yemək nə olacaq? Uşaq hansı səbəbdən atasına oxşayır və hansı səbəbdən dayılarına oxşayır?
Məhəmməd peyğəmbər kimdir?
Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - Allahın ən sevimli dostu, Onun sonuncu peyğəmbəri və bütün bəşəriyyətə göndərdiyi elçisi, habelə ən abid, ən əxlaqlı, ən həlim, Allahı ən yaxşı tanıyan və Ondan ən çox qorxan bir insan olmuşdur. Allah onu ən gözəl əxlaq sahibi etmişdir. Peyğəmbərə iman gətirmək imanın altı əsasından biri sayılır. Ona iman gətirmək üçün isə onu tanımaq gərəkdir. Onu tanımadan ona iman gətirmək qeyri-mümkündür.
ZƏKAT
Zəkatın əhəmiyyəti
Zəkat, İslamın əsaslarından və fərz əməllərindən biri sayılır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq heç bir tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq". Qurani Kərimin 82 ayəsində zəkat namazla bərabər qeyd edilmişdir, bu isə onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
HƏCC
Həcc və ümrə etməyin fəziləti
Peyğəmbərimiz – ona və ailəsinə Allahın salavatı və salamı olsun - həcc və ümrə ibadətlərinin fəziləti haqqında demişdir: “Ümrə ziyarəti, növbəti ümrəyədək arada olan kiçik günahlar üçün kəffarədir. (Səhih əl-Buxari, 1773).
“Qəbul olunmuş həccin mükafatı isə ancaq Cənnətdir.”