Mübarək ayın gəlişinə hazırlaş!
Mübarək Ramazan ayı yaxınlaşmaqdadır. Bu ay başqa aylar kimi deyildir. Bu ay xeyir-bərəkətlə dolu, Allahın mərhəmət qapılarının açıldığı bir aydır. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Ramazan ayının gəlişi münasibəti ilə öz səhabələrini müjdələyər, bu ayda mərhəmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladar və belə deyərdi: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin, şeytanlar da qapanarlar.