De!

    27.04.2014

Bir işə başlayanda “Bismilləh” (Allahın adı ilə başlayıram) de!
Təəccübləndikdə “SubhənAllah” (Allah pak və müqəddəsdir) de!
Xoş gündə də, dar gündə də “Əlhəmdu lilləh” (Allaha həmd-səna olsun) de!
Qorxuya düşdükdə “Lə iləhə illallah” (Allahdan başqa həqiqi tanrı yoxdur) de!
Bir şey sənə üstün gələndə “Allahu əkbər” (Allah ən böyükdür) de!
Bir şeyə gücün çatmayanda “Lə həulə və lə quvvətə illə billəh” (Güc və qüvvət yalnız Allahdadır) de!
Başına xoşa gələn və xoşa gəlməyən bir şey gəldikdə “MəşəAllah” (Allahın istədiyi oldu) de!
Günah etdikdə "Əstəğfirullah" (Allahdan bağışlanma diləyirəm) de!
Xeyir iş görmək istədikdə “İnşəAllah” (Allah istəsə) de!
"De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən" (Ali İmran, 26-27).
"De: "Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, hamını yedirir, Özünü isə heç kəs yedirmir". De: "Mənə Allaha təslim olanların birincisi olmaq əmr edildi". Odur ki, sən müşriklərdən olma.
De: "Əzəmətli günün əzabından qorxduğum üçün Rəbbimə asi olmaram"
(əl-Ənam, 14-15).

Paylaş: