İslam əxlaqı – başqasını özündən üstün tutmaq
İslam dini ən yüksək əxlaqi keyfiyyətləri əmr edir, istənilən pis əxlaqı isə qadağan edir. Peyğəmbər ﷺ öz ümmətinə tövhidi, qəlbi günahlardan təmizləməyi və əxlaqı dirçəltməyi buyurmuşdur. O buyurur: “Mən yalnız ən gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmişəm” (Əhməd, 8939). Peyğəmbər ﷺ bu xüsusda səhabələrinə və ümmətinə ən gözəl nümunə oldu. Ənəs (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi ﷺ söyüş söyməzdi, çirkin söz danışmazdı, lənət etməzdi”.