Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan!
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və üsyankar cinlər zəncirlənir, Cəhənnəmin bütün qapıları bağlanaraq heç bir qapısı açılmır. Cənnətin bütün qapıları açılalaraq heç bir qapısı bağlanmır. Bir carçı belə səslənir: “Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan! Allahın oddan azad etdiyi kimsələr vardır və bu, hər gecə belədir”. (ət-Tirmizi, 682).