Doğru yolun misalı

    22.06.2014

Allah Elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Allah doğru yolu məsəl çəkir; yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir:
“Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolu­nuz­dan sapmayın!”
Yolun üzərində duran bir carçı isə hər dəfə insan o qapı­lardan birini açdıqda, belə deyir:
“Vay sənin halına, onu açma! Onu açsan, mütləq ora girəcəksən”. (Bundan sonra Allah Elçisi bunları açıqlaya­raq buyurdu:)
“Yol İslamdır, divarlar Allahın hüdudları, açıq qapılar Allahın haramları, yolun başında duran carçı Allahın Kitabı, yolun üzərində olan carçı isə Allahın hər bir mömin qulunun qəlbində olan nəsihətçisidir”. 

Paylaş: