nəsihətlər
Allahı zikr etməyin fəziləti
Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (əl-Bəqərə, 152).
"Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır" (əl-Əhzəb, 35)
"Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız" (əl-Cumuə, 10)
"Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir" (əl-Ənkəbut, 45)
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir:
Şükür haqqında
Allahın verdiyi nemətlərə görə şükür etmək hər bir bəndənin borcudur. İnsan ona nemətlər bəxş edən Allaha minnətdar olduğunu qəlbən etiraf etməli, dili ilə Ona şükür etməli və yalnız Ona ibadət etməlidir. Uca Allah buyurur: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (əl-Bəqərə, 152).
Qohumluq əlaqələrini kəsməkdən çəkinin!
İmkan daxilində qohum-əqrəbaya yaxşılıq etmək, onlara əl tutmaq, qarşılaşdıqda onlara salam vermək, onları ziyarət etmək və başqa bu kimi haqlarını ödəmək hər bir müsəlmanın borcudur. Uca Allah buyurur:
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisa, 1).
Ey Adəm oğulları!
Uca Allah buyurur: "Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!
Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: "Adəmə səcdə edin!"– dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
Allah dedi: "Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?" İblis dedi: "Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"
Allah dedi: "Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan".
Təvazökarlıq haqqında
Uca Allah insanlara təvazökar olmağı buyurur. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın”. (Əbu Davud, 4250).
Uca Allah Onun xatirinə təvazökar olanları ucaldacağını vəd edir. Ömər demişdir: “Peyğəmbər ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: “Uca Allah buyurur: “Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram”. Peyğəmbər bunu deyərək ovcunu səmaya qaldırdı”.
Hər bir canlıya edilən yaxşılıq savabdır
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Bir kişi yolla gedərkən susadı. O, bir quyu tapıb içinə girdi. Doyunca su içib bayıra çıxdıqda bir itin ləhlədiyini, susuzluqdan yaş torpaq yediyini görüb, öz-özünə: “Mən susadığım kimi bu it də susamışdır”- dedi və quyuya düşüb ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı ilə tutub (quyunun divarlarından yapışaraq yuxarı qalxıb) itə su verdi. Allah da buna görə ona təşəkkür etdi və onu bağışladı”. Səhabələr dedilər: “Ey Allahın elçisi!
Heç Allahla yanaşı başqa bir tanrımı var?
Uca Allah buyurur: “Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir tanrımı var? Xeyr, onlar haqdan yayınan adamlardır.
Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər.
Allahın buyurduğu on əmr
Uca Allah buyurur: “De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum". Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.
Peyğəmbərin gətirdiyi hidayətin məsəli
Əbu Musa rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - belə demişdir: “Allahın mənim vasitəmlə göndərdiyi doğru yol göstəricisi (hidayət) və elm, torpağa düşən bol yağmura bənzəyir. Bu torpağın bir qismi münbit olduğundan, suyu canına çəkib növbənöv bitkilər və çoxlu otlar yetişdirir; bir qismi də quru olduğundan, suyu üstündə saxlayır və Allah da onunla insanları faydalandırır.