Allahı zikr etməyin fəziləti

    31.07.2014

Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (əl-Bəqərə, 152).
"Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır" (əl-Əhzəb, 35)
"Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız" (əl-Cumuə, 10)
"Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir" (əl-Ənkəbut, 45)

Peyğəmbər - sallallahu aleyhi və səlləm - de­mişdir:

"Rəbbini zikr edənlə, zikr etməyənin fərqi - diri ilə ölünün arasında olan fərq kimdir". (Buxari, Muslim)

"Sizə əməllərinizin ən xeyirlisi­ni, Sa­hi­biniz yanında ən təmiz olanı­nı, dərə­cələriniz içinƏshabələrdə ən yüksəyini, si­zin üçün qızıl-gümüş xərcləməkdən daha xeyir­lisini, düşməninizlə qarşılaşıb onla­rın boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə bil­d­­i­rimmi?" Səhabələr dedilər: "Bəli!" O dedi: "Uca Allahı zikr et­məkdir". (ət-Tirmizi, 5/459).

"Subhənəl­lah, vəlhəmdulilləh, və lə iləhə illəllahu, və Allahu Əkbər " deməyim, mənim üçün günəşin üzərinə doğduğu hər şey­dən daha sevimlidir". (ət-Tirmizi, 3597).

“Həqiqətən, söylədiyiniz təsbih (Subhənallah), təhlil (Lə iləhə illəllah) və təhmid (Əlhəmdulilləh) kəlmələri Allahın ucalığını ifadə edən zikrlərdir. Onlar Ərşin ətrafında fırlanır, bal arısının vızıltısı kimi səsləri olur və öz sahiblərini yad edirlər. Sizdən biri onu yad edən bir kim­sə­nin olmasını istəməzmi?!” (İbn Məcə, 3809).

“Oturaraq Uca Allahı yad edən elə bir qövm yoxdur ki, onlar ayağa qalxdıqda belə deyilməsin: “Qalxın, Allah günahlarınızı bağış­ladı və günahlarınız savablarla əvəz edildi”.

Allah Elçisi həmçinin demişdir ki, Uca Allah buyurur: "Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm". (Buxari, 8/171; Muslim, 4/2061)

Paylaş: