Doxsan doqquz adam öldürmüş kişinin tövbəsi
Allahın Peyğəmbəri salləllahu aleyhi və səlləm demişdir: “Sizdən əvvəlki ümmətlərdən bir kişi doxsan doqquz adam öldürdü. Dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir rahibi göstərdilər. Onun yanına gəlib belə dedi: “Mən doxsan doqquz adam öldürmüşəm”. Həmçinin, soruşdu: “Buna tövbə varmı?” O dedi: “Xeyr!” Həmin adam rahibi də öldürərək bununla sayı yüzə tamamladı. Sonra dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir alimi göstərdilər. Onun yanına gəlib yüz adam öldürdüyünü dedi. Həmçinin, soruşdu: “Buna tövbə varmı?” O dedi: “Bəli!