Əgər insan bir az düşünsə...
Əgər insan bir az düşünsə, onu yaradan, ona qabiliyyətlər bəxş edən qüvvənin Uca Allah olduğunu anlayar. İnsanın ən ümdə vəzifəsi öz Yaradanını tanımaqdır. Yaradanı tanımadan Ona iman gətirmək mümkün deyildir. Düzgün iman əldə etməyə can atan hər bir kəs elmə yiyələnməlidir. Əgər biz kainatda olan varlıqlar; günəş, ay, planet, ulduz, gecə, gündüz, külək, yağış, insan, heyvan və bitkilər haqqında fikirləşsək, şübhə etmədən bu varlıqların hamısının bir Yaradanı olması nəticəsinə gələrik. Yaradılışda olan hər bir ünsür yaradanın qabiliyyətinə işarə edir.