Beləcə Adəm Musaya qalib gəldi

    20.01.2014

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Adəm ilə Musa Rəblərinin dərgahında bir-biri ilə mübahisə etdilər və Adəm Musaya qalib gəldi. Musa dedi: "Sən Allahın Öz əli ilə yaratdığı, sənə Öz ruhundan üfürdüyü, mələklərini sənin üçün səcdə etdirdiyi, Öz Cənnətində yerləşdirdiyi, sonra etdiyin xəta ucbatından insanları yerə endirdiyi Adəm deyilsənmi?" Adəm dedi: "Sən Allahın kəlamını insanlara çatdırmaq üçün seçdiyi elçisi, sənə içərisində hər bir şeyi izah edən lövhələri verdiyi və səninlə danışıb səni özünə yaxın etdiyi Musa deyilsənmi? Elə isə Allahın Tövratı mən yaradılmamışdan neçə il əvvəl yazdığını bilirsən?" Musa: "Qırx il əvvəl"- deyə cavab verdi. Adəm dedi: "Sən orada: "Adəm Rəbbinə asi oldu …" (Ta ha, 121) ayəsini oxudunmu?" Musa: "Bəli, oxudum"- deyə cavab verdi. Adəm dedi: "Onda Allahın məni yaratmamışdan qırx il əvvəl yazdığı bir əməli etməyimə görə məni qınayırsan?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Beləcə Adəm Musaya qalib gəldi". (Əbu Davud, 4702).

Paylaş: