islamın əsasları
Allahın "əl-Vəhhab" adının mənası
əl-Vəhhab sözü çox bəxş edən, hədiyyə verən deməkdir. Allahın əl-Vəhhab adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən (əl-Vəhhab)” (Ali İmran, 8).
Həmçinin buyurur:
Allahın "ən-Nəsir" adının mənası
Allahın "ət-Tayyib" adının mənası
ət-Tayyib sözü xoş, yaxşı, pak olan deməkdir. ət-Tayyib olan Allah pakdır və pak olanı sevir. Allahın ət-Tayyib adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: “Həqiqətən, Allah pakdır və (ona görə də) yalnız pak olanı qəbul edir. Allah öz elçilərinə əmr etdiyini möminlərə də əmr edərək belə buyurur: «Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!» (əl-Muminun, 51).
Allahın "əş-Şə'fi" adının mənası
əş-Şə’fi sözü şəfa verən deməkdir. Bəndələrinə şəfa verən yalnız Allahdır. Allahın əş-Şə’fi adı Peyğəmbərin hədisində zikr edilir. Aişə rəvayət edir ki, Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - xəstəni ziyarət etdikdə və ya onun yanına xəstə gətirildikdə onun üçün dua edib deyərdi: “Ey insanların Rəbbi, xəstəliyi aradan qaldır, şəfa ver, şəfa verən (əş-Şə’fi) Sənsən! Sənin verdiyin şəfadan başqa şəfa yoxdur. Sənin verdiyin şəfadan sonra heç bir xəstəlik qalmır”. (əl-Buxari, 5675).
Allahın "əl-Qahhar" adının mənası
Allahın "əl-Vasi`" adının mənası
əl-Vasi‘ sözü geniş olan deməkdir. Allahın əl-Vasi adı Qurani-Kərimdə doqquz dəfə zikr edilir. Uca Allah buyurur:
“Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir (əl-Vasi'), Biləndir" (əl-Bəqərə, 261).
Həmçinin buyurur:
Allahın "əş-Şəhid" adının mənası
əş-Şəhid sözü şahid olan, müşahidə edən deməkdir. əş-Şəhid olan Allah, hər şeyə şahiddir. Allahın əş-Şəhid adı Qurani-Kərimdə on səkkiz dəfə zikr edilir. Uca Allah buyurur:
“Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir. Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah kifayətdir" (ən-Nisə, 165-166).
Həmçinin buyurur:
Allahın "əl-Hə'di" adının mənası
əl-Hə’di sözü düzgün, doğru olan deməkdir. əl-Hə’di olan Allah, istədiyini doğru yola yönəldir. Əgər Allah hidayət verməzsə, heç kəs doğru yola gələ bilməz. Uca Allah öz sevimli Peyğəmbərinə belə buyurur:
“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır” (əl-Qasəs, 56).
Həmçinin, Uca Allah Cənnət əhlinin əbədi səadətə qovuşmalarına görə yalnız Allaha minnətdar olaraq həmd-səna etmələrini xəbər verir:
Allahın "əl-Həmid" adının mənası
əl-Həmid sözü təriflənən, həmd edilən deməkdir. əl-Həmid olan Allah, məxluqlarının yanında həmd ediləndir. Həmd məzəmmət etməyin əksidir.
Həmd etməklə mədh etməyin fərqi
Həmd etmək yaxşılıq etdiyinə görə yaxşılıq edəni sevərək və ucaldaraq onun xeyirxahlığını bildirməkdir. Mədh etmək isə sadəcə xeyirxahlığı bildirməkdən ibarətdir.