Allahın "əl-Muqit" adının mənası

    16.12.2016

əl-Muqit sözü ruzi verən, təmin edən deməkdir. Allahın əl-Muqit adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır (Muqit) (ən-Nisa, 85).
əl-Muqit olan Allah hər şeyə şahid olan və hər şeyə qadir olandır. O bütün yaratdıqlarının qayğısına qalan, onları qoruyan və yaşamaq üçün möhtac olduqları ruzi ilə təmin edəndir. Uca Allah buyurur:
“O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi” (Fussilət, 10).    
 
 
 

Paylaş: