Habil və Qabilin əhvalatı
Habil və Qabil Adəm peyğəmbərin oğullarıdır. Qabil Habilə paxıllıq etdiyinə görə onu qətlə yetirdi. Bu, yer üzündə insanlar arasında baş verən ilk qətl hadisəsi idi. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Haqsız yerə qətlə yetirilən elə bir insan yoxdur ki, onun (axıdılmış) qanına görə (qazanılmış günahdan) ilk Adəm oğluna bir pay çatmış olmasın. Çünki adam öldürməyin əsasını o qoymuşdur.” (əl-Buxari, 3335). Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur: