Son məqalələr
Kərbəla faciəsinin təfərrüatları
Kərbəlaya çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Kərbəla adlı yerə çatanda Hüseyn dedi: "Bura haradır?"
Dedilər: "Kərbəla".
Hüseyn dedi: "(Kərb və bələ) kədər və bəla".
Ömər ibn Sədin qoşunu gəlib çatanda o, Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: “Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm".
Peyğəmbərin sevimli nəvəsi
Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər. Peyğəmbər öz nəvələri Həsən və Hüseyni çox sevər, onları əzizləyər və onları “balam” deyə çağırardı. Onlara Həsən və Hüseyn adlarını da məhz Peyğəmbər qoymuşdur.
Allahdan qorx, səbirli ol və tələsmə!
Həsən əl-Bəsri rəvayət edir ki, bir kişi vəfat etdi və özündən sonra oğlunu və azad etdiyi köləsini qoyub getdi. Ölərkən azad etdiyi köləsinə oğluna baxmasını vəsiyyət etdi. Uşaq həddi-buluğa çatanadək kölə əlindən gələni əsirgəmədi - ona yaxşı baxdı, sonra da onu (öz qızı və ya bacısı ilə) evləndirdi. Bir müddətdən sonra o gənc həmin adama: “Mənim üçün hazırlıq gör, elm dalınca gedəcəyəm!”- dedi. O da onun üçün hazırlıq gördü.
Allahın əmr etdiyi beş kəlmə
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah Zəkəriyyə peyğəmbərin oğlu Yəhyəyə beş kəlməni əmr etdi. O, həm özü bunlara əməl etməli, həm də İsrail oğullarını da bunlara əməl etməyi əmr etməli idi. O, bu işi gorməkdə tələsmirdi. Allah İsaya belə vəhy etdi: “Bu əmrləri ya o, ya da sən çatdır!” İsa Yəhyənin yanına gəlib dedi: “Sənə beş əmr verilmişdir. Onlara həm özün əməl etməli, həm də İsrail oğullarına əmr etməlisən. Bu kəlmələri onlara ya sən çatdır, ya da mən çatdırım”. Yəhyə ona dedi: “Ey Ruhullah!
Ya Rəbb!
Allahın elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Musa Rəbbindən altı xislət barəsində soruşdu. O güman edirdi ki, bu xislətlər ona aiddir. Yeddinci xisləti isə o sevmirdi. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən təqvalıdır?” Allah buyurdu: “Məni zikr edən və Məni unutmayan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən doğru yoldadır?” Allah buyurdu: “Doğru yol göstəricisinə tabe olan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən ədalətli hökm verəndir?” Allah buyurdu: “İnsanlar arasında, özünə hökm verdiyi kimi hökm verən”. Musa soruşdu: “Ya Rəbb!
Kəb ibn Malikin tövbəsi
Rəvayət edilir ki, Kəb ibn Malik demişdir: “Təbuk döyüşündən başqa Peyğəmbərin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədr döyüşündən yayınmağıma gəlincə, ondan yayınanları Peyğəmbər - sallallahu aleyhi və səlləm - qınamamışdı. Çünki o zaman Peyğəmbər döyüşə yox, Qureyş karvanının yolunu kəsmək üçün çıxmışdı. Allah da onları vədələşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşatmağa dair Peyğəmbərə beyət etdik.
Zeytun mübarək ağacdır
Zeytun ağacı Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü vardır. Zeytun həmişəyaşıl halda müxtəlif çətir formasında olur. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
"əl-Məun" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Dini yalan sayan o kimsəni gördünmü?
2. O elə adamdır ki, yetimi qovar
3. və heç kəsi yoxsulu yedirtməyə sövq etməz.
4. Vay halına namaz qılanların –
5. o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
6. Onlar riyakarlıq edir
7. və az bir şey verməkdən belə imtina edirlər.
əl-Məun (Xırda-xuruş) surəsinin izahı
Allahın "əl-Həkim" və "əl-Həkəm" adlarının mənası
əl-Həkim və əl-Həkəm sözlərinin hər ikisinin mənası hikmətli və hökm verən deməkdir. Uca Allahın əl-Həkim adı Qurani-Kərimdə 94 dəfə, əl-Həkəm adı isə cəmi bir dəfə zikr olunur. Uca Allah buyurur:
“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir (əl-Həkim)” (əl-Həşr, 24).
əl-Həkəm - hökm sahibi olan, heç kəsə pislik və ya zülm etməyəndir.









