Son məqalələr
Allahı yad edən məclisin fəziləti
Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: “Axtardığınızın yanına gəlin!”- deyirlər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: “Qullarım nə deyirlər?”
Cəhənnəm odunda birinci kimlər yanacaq?
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?”
O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verəcək.
"əl-Huməzə" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayır
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hutaməyə atılacaqdır.
5. Sən haradan biləsən ki, Hutamə nədir?
6. Bu, Allahın qaladığı Oddur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
Qurandan sonra ən fəzilətli kəlmələr hansılardır?
Uca Allaha sevimli olan kəlmələr vardır. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Qurandan sonra ən fəzilətli kəlmələr bu dörd kəlmədir. Bu kəlmələr Qurandan sayılır, hansı biri ilə başlamağının sənə zərəri yoxdur: “Subhənallah (Allah pak və müqəddəsdir), əlhəmdulilləh (Allah bütün təriflərə layıqdir), lə iləhə illəllah (Allahdan başqa həqiqi tanrı yoxdur) və Allahu əkbər (Allah ən böyükdür)”.
Bu kəlmələrin hər birinin özünəməxsus mənaları vardır:
Bu Quran Allahdandır
Uca Allah buyurur: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (əl-Qamər, 17).
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr” (əl-Həşr, 21).
Təkəbbürlük nədir?
Abdullah ibn Amr demişdir: “Biz Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. O gəlib Peyğəmbərin başının üstdə durub dedi: “Sizin dostunuz hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır”.
Dində həddinizi aşmaqdan çəkinin!
Dində həddi aşmaq Allahın insanlar üçün qoyduğu hüdudları aşmağa deyilir. Uca Allah dində həddi aşmağı qadağan etmişdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Həddinizi aşmaqdan çəkinin! Şübhəsiz, sizdən öncəkiləri həlak edən dinlərində həddi aşmaları olmuşdur.”
Peyğəmbər demişdir: “Nəsranilər Məryəm oğlunu şişirtdikləri kimi siz də məni şişirtməyin, mən sadəcə Allahın qulu və elçisiyəm.” (Səhih əl-Buxari, 3445).
"ət-Təkəsur" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. gömülməklə qəbirləri ziyarət etdiniz.
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!









