Allahın "əs-Seyyid" adının mənası
əs-Seyyid sözü ağalıq edən, idarə edən deməkdir. Allahın əs-Seyyid adı Peyğəmbərin hədisində zikr edilir. Abdullah ibn Şixxir demişdir: “Mən Amir oğullarından bir dəstə ilə birgə Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəldim. Onlar Peyğəmbərə: “Sən bizim seyidimizsən!” O isə: “əs-Seyyid Allahdır!”– dedi. Onlar dedilər: “Sən həm fəzilət, həm də əliaçıqlıq baxımından bizdən üstünsən!” O buyurdu: “Sözünüzü deyin! Qoy şeytan sizi öz havadarlarına çevirməsin.” (əl-Buxari, Ədəbul-Mufrad, 211).









