Son məqalələr

Su içmə ədəbi

    13.10.2015

Allah rəsulu - sallallahu aleyhi və səlləm - həyatın bütün sahələrini, hətta ən adi şeyləri də bizə öyrətmiş, bütün əməllərimizdə Allahın razılığını qazanmaq və şərdən qorunmaq üçün yollar göstərmişdir. Allah rəsulu su içmək haqqında demişdir: "Dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç nəfəsə için. Bir şey içəndə "bismilləh", içəndən sonra isə "əlhəmdulilləh" deyin!" (Tirmizi, "Əşribə", 13).
Həmçinin buyurmuşdur: "Sağ əlinizlə yeyib-için, çünki şeytanlar sol əli ilə yeyib-içərlər". (Muslim, "Əşribə", 105).

Allahın "əl-Qabid" və "əl-Basit" adlarının mənası

    04.10.2015

əl-Qabid sözü götürən, azaldan deməkdir. əl-Basit sözü isə əl-Qabid sözünün əksi olaraq genişləndirən, artıran deməkdir. Allahın əl-Qabid və əl-Basit adları Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədisində zikr edilir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Allah Elçisinin dövründə Mədinə şəhərində malların bahalaşması baş verdi. İnsanlar dedilər: “Ey Allahın Elçisi, mallar bahalaşdı, bizim üçün qiymətləri təyin et!” Allah Elçisi buyurdu: “Həqiqətən, qiymətləri təyin edən, azaldan (əl-Qabid) və artıran (əl-Basit), ruzi verən Allahdır.

Allahın "əl-Muhsin" adının mənası

    01.10.2015

əl-Muhsin sözü yaxşılıq edən deməkdir. Allahın əl-Muhsin adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah yaxşılıq edəndir (əl-Muhsin) və yaxşı görülən işləri sevir. Odur ki, bir heyvanı öldürdükdə gözəl bir şəkildə öldürün, kəsdikdə isə gözəl bir şəkildə kəsin. Qoy sizdən biri bıçağını itilədikdən sonra heyvanı rahatlasın”.
əl-Muhsin olan Allah bəndələrinə yaxşılıq edən, onlara bol nemətlər bəxş edəndir. O, yaxşılıq edən bəndələrini sevir. Uca Allah buyurur:

Allahın "əs-Seyyid" adının mənası

    17.09.2015

əs-Seyyid sözü ağalıq edən, idarə edən deməkdir. Allahın əs-Seyyid adı Peyğəmbərin hədisində zikr edilir. Abdullah ibn Şixxir demişdir: “Mən Amir oğul­la­rından bir dəstə ilə birgə Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəldim. Onlar Peyğəmbərə: “Sən bizim seyidimizsən!” O isə: “əs-Seyyid Allahdır!”– dedi. Onlar de­di­lər: “Sən həm fə­zi­lət, həm də əliaçıqlıq baxımından bizdən üstünsən!” O bu­yurdu: “Sö­zünüzü deyin! Qoy şeytan sizi öz havadarlarına çe­vir­məsin.” (əl-Buxari, Ədəbul-Mufrad, 211).

Allahın "əl-Ğafur" adının mənası

    13.09.2015

əl-Ğafur sözü örtən, gizlədən deməkdir. Allahın əl-Ğafur adı Qurani-Kərimdə doxsan bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Qullarıma xəbər ver ki, Mən Bağışlayanam (əl-Ğafur), Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50).
Həmçinin buyurur:
“De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).

Pages