Allahın "əl-Mu'ti" və "əl-Məniu" adlarının mənası
əl-Mu’ti sözü bəxş edən, əl-Məniu sözü isə qarşısını alan, həmçinin, qoruyan, yardım edən deməkdir. Allahın əl-Mu'ti və əl-Məniu adları Peyğəmbərin səhih hədislərində zikr edilir. Rəvayət edilir ki, Muğira İbn Şöbə demişdir: "Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər fərz namazından sonra belə deyərdi: "Allahdan başqa həqiqi ilah yoxdur. O təkdir, Onun heç bir şəriki yoxdur. Mülk Onundur və Həmd yalnız Onadır. O, hər şeyə Qadirdir. Allahım! Sənin verdiyinin qarşısını alacaq, qarşısını aldığını da verəcək kimsə yoxdur.