Son məqalələr
Allahın "əl-Vəkil" adının mənası
əl-Vəkil sözü etimad edilən, eləcə də qoruyan, zamin duran deməkdir. Allahın əl-Vəkil adı Qurani-Kərimdə on dörd dəfə zikr edilir. Uca Allah buyurur:
“Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır (Vəkil). Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır” (əz-Zumər, 62-63).
Allahın "əl-Muqit" adının mənası
əl-Muqit sözü ruzi verən, təmin edən deməkdir. Allahın əl-Muqit adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır (Muqit)” (ən-Nisa, 85).
əl-Muqit olan Allah hər şeyə şahid olan və hər şeyə qadir olandır. O bütün yaratdıqlarının qayğısına qalan, onları qoruyan və yaşamaq üçün möhtac olduqları ruzi ilə təmin edəndir. Uca Allah buyurur:
Allahın "əl-Muqaddim" və "əl-Muəxxir" adlarının mənası
əl-Muqaddim sözü əvvələ çəkən, əl-Muəxxir sözü isə təxirə salan deməkdir. Allahın əl-Muqaddim və əl-Muəxxir adları Peyğəmbərin səhih hədislərində zikr edilir. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Peyğəmbər gecə durub namaza başlayarkən birinci təkbirdən sonra bu duanı edərdi: “Allahım! Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların Qəyyumusan. Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların Hökmdarısan. Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların nurusan. Həmd Sənədir. Sən Haqsan. Verdiyin vəd haqdır. Səninlə görüşmək haqdır. Cənnət haqdır.
Borcunu Allaha həvalə edən kişinin əhvalatı
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər demişdir: "(Bir gün) İsrail oğullarından olan bir kişi İsrail oğullarından olan bir nəfərdən min dinar borc istədi. Borc verən şəxs: "Şahidlərini gətir!"- dedi. O da: "Şahid olaraq Allah kifayət edər!"- deyə cavab verdi. Borc verən şəxs dedi: "Onda zamin gətir!" O da: "Zamin olaraq da Allah kifayət edər!"- deyə cavab verdi. Borc verən şəxs: "Sən doğru söylədin”- dedi və müəyyən bir müddətədək ona min dinar borc verdi. O, pulları götürüb dənizlə səfərə çıxdı.
Allahın "əl-Mucib" adının mənası
əl-Mucib sözü cavab verən deməkdir. Allahın əl-Mucib adı əl-Qarib adı ilə yanaşı zikr edilir. Uca Allah buyurur:
“Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır (Qarib), çağırışa cavab verəndir (Mucib)." (Hud, 61).
Namaz bir nurdur
Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).
Namaz və digər bütün ibadətlər yalnız Allah xatirinə yerinə yetirilməlidir. Uca Allah buyurur:
Ey Rəbbimiz...
Uca Allah buyurur: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!"
əl-Fatihə surəsinin izahı
əl-Fatihə (Kitabı açan) surəsinin təfsiri
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
3. Mərhəmətli və Rəhmliyə,
4. Haqq-hesab gününün Hökmdarına!
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi doğru yola yönəlt –
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!
Yağış yağarkən dua edin!
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış yağan vaxtın duaların ən çox qəbul olunduğu vaxtlardan biri olduğunu bildirərək demişdir: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Davud, 2540).
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış vaxtı həmçinin bu duaları da etmişdir:
[Allahummə sayyibən nafian]
«Allahım! (Bu yağışı) bol, faydalı et!» («Fəthul-Bari», 2/518)