Son məqalələr
Ey Mənim qullarım!
Uca Allah ən kamil sifətlərə sahibdir. O, əzəmətli Ərşin Sahibi, bəndələrinin üzərində tək Hökmdar və ən ədalətli Hakimdir. O, adil bəndələrini sevər, zülmü və zalımları əsla sevməz. O, zalımlara möhlət verər, onlara əzab verməyə tələsməz, çünki, O, bəndələrini əfv etməyi və əfv edənləri sevər. Onun rizasını qazanan kəslər adil olanlar, əfv edənlər və mərhəmətli olanlardır. Peyğəmbərimiz - salləllahu aleyhi və səlləm - məşhur qüdsi hədisdə demişdir: “Uca Allah belə buyurdu: “Ey Mənim qullarım! Mən zülm etməyi Özümə haram saydım və sizin aranızda da onu haram etdim.
İsa peyğəmbərin hikmətli kəlamları
İsa ibn Məryəm (ona Allahın salamı olsun) buyurmuşdur:
“Dünya həyatının kiçik olmasına baxmayaraq onun üçün çalışırsınız. Axirət həyatının böyük olmasına baxmayaraq onu tərk edirsiniz. Lakin, hamınıza ölüm gələcəkdir”. (İbn Əbud-Dunyə “əz-Zuhd” 275).
“Həqiqətən, bu gecə və gündüz iki xəzinədir, elə isə onlarda nəyi tələf etdiyinizə nəzər salın!” Həmçinin, belə deyərdi: “Gecə nə üçün yaradılmışdırsa, ona uyğun əməl, gündüz nə üçün yaradılmışdırsa, ona uyğun əməl edin!” (İbn Əbud-Dunya “əz-Zuhd” 423).
Yalan danışmaqdan çəkinin!
Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: “Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin” (əl-Həcc, 30).
Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: “Sizə günahların ən böyükləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rəsulallah!”– deyə cavab verdilər. Peyğəmbər: “Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, – deyib söykəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır”– dedi”. (Sünən ət-Tirmizi).
Süleyman peyğəmbərin hikmətli kəlamları
Uca Allah Davud peyğəmbərin oğlu Süleyman peyğəmbərə (onlara salam olsun) heç kəsə verilməyən mülk, güclü elm, düşüncə və heyvanların dilini anlamaq qabiliyyəti vermişdir. Bu haqda Qurani-Kərimdə deyilir: “Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür” Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar!
əl-Bəqərə surəsinin fəziləti
Cənnətin ən aşağı dərəcəsindəki nemətlər
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Musa Rəbbindən: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”- deyə soruşdu. Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək. O da: “Ey Rəbb! Necə daxil olum ki, artıq insanlar daxil olub yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək. Ona: “Dünya hökmdarlarından birinin mülkü qədər mülkünün olmasını istərdinmi?”- deyiləcək. O da: “İstərdim, ey Rəbb!”- deyə cavab verəcək.
Allahın sevdiyi kəlmə
Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir. Zikrlər müxtəlifdir, bunlardan biri olan “Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır: