Allahın "əs-Saməd" adının mənası
əs-Saməd sözü heç kəsə və heç nəyə möhtac olmayan, həmçinin, üzərində hər hansı bir başçısı olmayan hökmdar deməkdir. Allahın əs-Saməd adı Qurani-Kərimdə bir dəfə əl-İxlas surəsində zikr edilir. Uca Allah buyurur:
"Mərhəmətli və Rəhmli Allahın adı ilə! De: "O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur".