Son məqalələr
Rəsulullahın köksünün yarılması
Muhəmməd peyğəmbərin köksünün yarılması iki dəfə baş vermişdir. Birinci dəfə onun köksü kiçik yaşlarında ikən yarılmışdır. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər uşaqlarla oynayarkən Cəbrail onun yanına gəldi, onu tutub yerə yıxdı və köksünü yarıb qəlbini çıxartdı. Sonra onun içindən qan laxtası çıxartdı və Peyğəmbərə: “Bu, şeytanın səndə olan nəsibidir”– dedi. Onun qəlbini qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qaytardı. Bunu görən uşaqlar tələsik onun süd anasının yanına gəlib: “Muhəmməd öldürüldü!”– dedilər.
Yoluxucu xəstəlikdən qorunmağın 10 yolu
Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi” (ər-Rum, 41-42).
Təvəssül nədir?
Təvəssül sözü vəsilə axtarmaq deməkdir. Təvəssül insanın öz istəyinə nail olması üçün vəsilə axtarmasına deyilir. Qurani-Kərimdə vəsilə sözü iki dəfə işlənmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız” (əl-Maidə, 35).
Şirkin növləri
Şirk sözü iki şeyi bir-birinə bərabər tutmaq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahdan qeyrisinə həsr etmək, ona Allaha dua etdiyi kimi dua etmək, ondan Allahdan qorxduğu kimi qorxmaq, ona Allaha ümid bəslədiyi kimi ümid bəsləmək və onu Allahı sevdiyi kimi sevməkdir. Uca Allah buyurur: “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər” (əl-Bəqərə, 165).
Quranın tərtibatı
Quran sözü oxuma, cəm etmə deməkdir. Quran Uca Allahın peyğəmbərlərin sonuncusu Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - nazil etdiyi kəlamıdır. Quran Peyğəmbərimizə iyirmi üç il ərzində müxtəlif vaxtlarda nazil olmuşdur. Qısa surələrin çoxu birdəfəlik, əksər uzun surələr isə hissə-hissə nazil olmuşdur. Məkkə müşrikləri Muhəmməd peyğəmbərin dəvətinə kölgə salmaq, onu yalançı çıxartmaq üçün yəhudilərdən müqəddəs kitablar barəsində soruşurdular.
Ali İmran surəsinin son on ayəsinin izahı
Ali İmran surəsinin 190-200-cü ayələrinin izahı. Peyğəmbər bu on ayəni gecə namazına qalxdıqda oxuyardı. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Bir gecə xalam Məymunənin evində gecələdim. Peyğəmbər ailəsi ilə bir qədər söhbət etdikdən sonra yatdı. Gecənin son üçdə biri olduqda qalxıb yerində oturdu və göyə baxaraq: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” – ayəsini oxudu.