Allahdan ümidi kəsməmək barədə
Allahdan ümidi kəsmək böyük günahlardan biridir. Dinimiz insanları bu günahdan çəkindirir və təhlükəli olduğunu bildirir. Bu elə bir günahdır ki, əgər bir qəlbə hakim olarsa, onu məhv edər, bir qəlbə düşərsə, onu korlayar. Uca Allah buyurur: “Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini üzərlər” (Yusuf, 87); Həmçinin buyurur: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” (əl-Hicr, 56).









