Son məqalələr

Şaban ayında oruc tutmağın hikmətləri

    14.01.2026

Möhtətrəm müsəlmanlar! Qarşıdan Şaban ayı gəlir. Peyğəmbər ﷺ Şaban ayında çox oruc tutardı. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ bəzən o qədər çox oruc tutardı ki, “artıq ayın sonuna qədər oruc tutacaq” deyərdik; bəzən də oruc tutmazdı hətta “artıq ayın sonuna qədər oruc tutmayacaq” deyərdik. Mən Peyğəmbərin ﷺ Ramazandan başqa heç bir ayı tam orucla keçirdiyini görmədim. Onu digər aylarda Şaban ayında tutduğu qədər çox oruc tutan görmədim”. (əl-Buxari, 1833; Muslim, 1956).

Evlənmək istəyənlərə on qızıl nəsihət

    16.12.2025

Ey əziz oğlum... ey dəyərli qızım...
Evlilik sadəcə iki nəfərin qovuşması deyil. Bu, iki qəlbin vədələşməsidir; ailənin iki təməli arasında məsuliyyətdir. Evlilik iman, ixlaslı niyyət, mərhəmət və səbir üzərində qurulmuş bir tikilidir. Sizə bu böyük binanın tikilməsində kömək olacaq on tövsiyəmi təqdim edirəm. Ümid edirəm ki, bu tövsiyələr ailənin qurulmasında faydalı və evlənən cütlük üçün bir asanlıq olar.
 
Birinci: Niyyətini düzəlt!

İslam əxlaqı – başqasını özündən üstün tutmaq

    10.10.2025

İslam dini ən yüksək əxlaqi keyfiyyətləri əmr edir, istənilən pis əxlaqı isə qadağan edir. Peyğəmbər ﷺ öz ümmətinə tövhidi, qəlbi günahlardan təmizləməyi və əxlaqı dirçəltməyi buyurmuşdur. O buyurur: “Mən yalnız ən gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmi­şəm” (Əhməd, 8939). Peyğəmbər ﷺ  bu xüsusda səhabələrinə və ümmətinə ən gözəl nümunə oldu. Ənəs (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi ﷺ söyüş söyməzdi, çirkin söz danışmazdı, lənət etməzdi”.

Peyğəmbəri ﷺ səmimi-qəlbdən sevməyin altı əlaməti

    20.05.2025

Həqiqətən, Peyğəmbərimizi ﷺ sevmək ən əzəmətli itaət və Allaha yaxınlaşdıran ən böyük vəsilədir. Çünki o, Adəm övladlarının ən şərəflisi, bəşəriyyətin rəhbəri, Allahın qullarına nümunə və doğru yola çağıran bir peyğəmbərdir. O, aləmlərə bir rəhmət olaraq göndərilmiş və haqq yolda olanlara bələdçidir. Uca Allah Öz qullarına ona itaət və hörmət etməyi, onu sevməyi, ehtiramını saxlamağı və onun haqqını yerinə yetirməyi vacib etmişdir. Allahın salavatı və salamı onun üzərinə olsun!

Cənnətdə elə otaqlar var ki...

    20.04.2025

Bir dəfə Peyğəmbərimiz ﷺ səhabələrə xitab edərək buyurdu: “Cənnətdə elə otaqlar var ki, içi çöldən, çölü də içindən görünür”. Bir bədəvi ərəb soruşdu:
— Ey Allahın Elçisi, bu otaqlar kimə məxsusdur? 
Peyğəmbər ﷺ buyurdu: “Xoş söz danışan, yemək yedirdən, davamlı oruc tutan və gecələr insanlar yatarkən namaz qılanlara”. (ət-Tirmizi, 1984).

Ramazan ayının orucu

    28.02.2025

Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183).

Allaha sevgi, ümid və qorxu ilə ibadət etmək

    06.02.2025

Möhtərəm müsəlmanlar! Qurani-Kərimin ayələrinə diqqət etsək görərik ki, Uca Allah bir çox ayələrdə qullarını yaxşı əməllərə rəğbətləndirir və bu əməlləri artırsınlar deyə, onlara vəd etdiyi mükafatı bildirir, bu ayələrin ardınca isə pis işlərdən çəkindirir və bu əməllərdən uzaq dursunlar deyə, buna görə verilən cəzanı bildirir. Həmçinin bir çox ayələrdə qullarına Cənnəti vəsf edir və onu qazanmağa can atsınlar deyə, orada əməlisaleh qullarına hazırladığı nemətlərdən və əbədi həyatdan bəhs edir.

Harada olursansa ol, Allahdan qorx!

    31.12.2024

Bu məqalədə Peyğəmbərin ﷺ məzmunu qısa, lakin mənası dərin olan hədislərindən biri barədə danışacağıq. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ mənə dedi: “Harada olursansa ol, Allahdan qorx! Günahın ardınca yaxşı əməl et ki, günahı silib aparsın və insanlarla gözəl əxlaqla rəftar et”. (ət-Tirmizi, 1987).

Pages