İşimlə əlaqədar oruc tutmasam günah qazanarammı?

    28.06.2016
Kimdən: 
Rovsan
Sual: 
salam aleykum namaz qiliram oruc tutmasam isimnen bagli gunah olmaz?
Cavab: 
Və aleykum Salam. Xəstə və səfərdə olanlardan başqa hər kəs oruc tutmalıdır, əks halda günah qazanır. Uca Allah buyurur: "Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185).
"O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38). Daha ətraflı: Ramazan ayının orucu
Teqlər: 
Paylaş: