Allaha dua etməkdən çəkinirəm, nə edim?

    20.07.2016
Kimdən: 
DAMLA
Sual: 
salam. mənim sualim-mən namaz qiliram.amma nədənsə allaha dua etməkdən çəkİnİrəm.elə bİlİrəm kİ allah mənİm dualarimdan bezəcək.həyatimda olanlar üçün dua edə bİlmİrəm.bunun səbəbİ nədİr və mən nə edİm?
Cavab: 

Və aleykum Salam. Allaha dua etməkdən çəkinmək şeytanın vəsvəslərindəndir. Dua ibadətdir və Allahın Ona dua etməyən bəndələrinə qəzəbi tutur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir hədisdə Uca Allahın belə dediyini bildirmişdir: "Ey Mənim qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr, Mən də onların hər birinin istədiyini versəm, bu, Mənim mülkümdən yalnız dəryaya batırılan iynənin əskiltdiyi qədər əskildər". (Muslim, 6737).
Həmçinin oxuyun: 
Quran və Sünnədən seçilmiş dualar
Müsəlmanın qalası (dua və zikrlər)
Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: