Hakimə qarşı çıxmaq olmazsa, Müaviyə və Aişə niyə Əliyə qarşı çıxdılar?

    20.08.2016
Kimdən: 
hecne
Sual: 
salam men sual vermisdim ki edaletsiz hakime qarsi cixmaq olar siz dedizki olmaz insanlara zulm etse bele qarsi cixmaq olmaz bes niye muaviye ve aise hz.Eli (e.s)qarsi cixdi bu muharibelerde her iki terefden nece min nefer oldu bu mentiqe gore muaviye ve aise gunah eliyibmi hakim Eli e.s qarsi cixaraq??
Cavab: 

Və aleykum salam. Əvvəlcə nəsihət edirik ki, səhabələr (Allah onlardan razı olsun) arasında baş vermiş ixtilaflara çox girişməyərək axirətdə sizə fayda verəcək işlərə daha çox vaxt ayırasınız, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Səhabələrim baradə Allahdan qorxun! Məndən sonra onları hədəf almayın. Onlara əziyyət edən, mənə əziyyət etmişdir. Mənə əziyyət edən isə Allaha əziyyət vermiş kimidir! Kim ki, Allaha əziyyət verməyə cürət edərsə, onun aqibəti bəllidir". (ət-Tirmizi: "Sunən", №: 3862; Əhməd: "Musnəd", 4/87, 5/54-55; İbn Hibban: "Səhih", №: 7256).
Uca Allah buyurur: "Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız". (əl-Bəqərə, 134). 
Aişə, Əli ibn Əbu Talibə (Allah onlardan razı olsun) qarşı çıxmayıb və onunla döyüşməyib. Aişə (Allah ondan razı olsun) digər səhabələrlə (Allah onlardan razı olsun) birlikdə Bəsrə şəhərində xəvariclərlə döyüşməyə yollandıqda, Əli (Allah ondan razı olsun) onların qarşısını almış, onlar da sülh bağlayaraq geri dönmüşdülər və aralarında döyüş olmamışdı. Müaviyə (Allah ondan razı olsun) isə bu məsələdə xəta edərək Əli (Allah ondan razı olsun) ilə döyüşmüşdü. Döyüşün məqsədi Osmanın (Allah ondan razı olsun) qatillərini istəmək idi. Əslində bu tələb doğru idi, çünki sonra Əli özü Osmanın (Allah onlardan razı olsun) qatilləri ilə döyüşməli oldu və onlardan sağ qalanlardan bir nəfər sonra Əlinin (Allah ondan razı olsun) özünü sui-qəsd edərək öldürdü. Amma Müaviyənin Əli (Allah onlardan razı olsun) ilə döyüşməsi səhv idi. Buna baxmayaraq o, dindən çıxaraq kafir olmur.

Teqlər: 
Paylaş: