Nə edim ki, duam qəbul olunsun?

    25.07.2016
Kimdən: 
Simuzer
Sual: 
Salam, sualmi cavalandirmaginiz cox vacibdi menim ucun. Men bir nce vaxdi ki Allahdan bir wey isteyirem ama olmur, her yerde deyilir ki bir weyi Allahdan urekden istesez mutleg yerine yeter ama cox qorxuram menim istediyim wey olmayacag deye, xahiw mene bir yol gosterin ne ede bilerem, heqiqeten isteyorem sizce Allah mene istediyim dua etdiyim weyi bexw edecek.?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Uca Allah ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da etdiyi duanın müqabilində bəlanı ondan uzaqlaşdırar". (İmam Əhməd, 3/18). Duanın qəbul olmayacağından qorxmaq lazım deyil, çünki Uca Allah hər şeyə qadirdir. Səbirlə çox dua etmək və duanın qəbul olunması üçün səbəblərdən istifadə etmək lazımdır. Daha ətraflı: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: