Cinlər necə namaz qılıb oruc tuturlar?

    02.10.2016
Sual: 
Salam aleykum. Bilirik ki Allah cinləri də insanlar kimi ona ibadət etmək üçün yaradıb.onlar necə namaz qılır və ya oruc tutur?
Cavab: 

Və aleykum Salam. Cinlər də insanlar kimi namaz, oruc və digər ibadətlər etməkdə mükəlləfdirlər və Qiyamət günü əməlləri barədə sorğu sual olunacaqlar. Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!"  (əz Zəriyat, 56). Cinlər Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) necə namaz qılmağını, dua etməsini və Quran oxumasını da müşahidə etmişlər: "Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar." (əl-Cinn, 19). Amma cinlərin konkret olaraq necə namaz qılması və oruc tutması barəsində məlumat yoxdur.

Teqlər: 
Paylaş: