Nafilə (sünnə) namazlarının qəzası olurmu?

    22.09.2016
Kimdən: 
Arzu
Sual: 
Salam Aleykum. Nafile namazlarinin qezasi olurmu?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamaı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684).
Aişə (radıyəllahu anhə) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstəlik və ya hansısa səbəblə gecə namazını qıla bilmədikdə gündüz vaxtı on iki rükət qılardı". (Muslim, 746).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamaı olsun) buyurur: "Kim yatıb, gecə (namaz qılmaq) payını və ya onun bir hissəsini yerinə yetirə bilməsə və onu sübh namazı ilə zöhr namazı arasında oxuyarsa, gecə oxumuş kimi sayılar". (İbn Məcəh, 1343).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Ey Əbu Umayyanın qızı, sən əsrdən sonra iki rükət namaz barədə soruşdun. İş burasındadır ki, mənim yanıma Abdul-Qeys qəbiləsindən olan adamlar gəlmişdi. Onların gəlişi məni zöhr namazının iki rükət sünnət namazından yayındırdı. Buna görə həmin iki rükətı mən indi qılıram". (əl-Buxari, 1233).
Bu və sadalamadığımız digər səhih hədislər əlavə (nafilə, sünnə) namazlarının qəzasını qılmağın icazəli olmasına dəlildir.

Teqlər: 
Paylaş: