Həyat yoldaşım günaha tövbə etsə də, ona inana bilmirəm...

    02.10.2016
Sual: 
Menim heyat yoldasin bir defe sehv edib indide tovbe etsede ona inana bilmirem ne edim? Gunahdirmi?
Cavab: 

Salam aleykum. Ərinizin səmimi tövbə etməsini yalnız Allah bilir. Sizə düşən isə inanmaqdır, amma inana bilməməyiniz də günah deyil. Hər hansı bir şəxs yalandan və insanların gözündə düzgün olmaq üçün tövbə edərsə, özündən başqa heç kimi aldatmır. Uca Allah Qiyamət günü hər kəsin gizlində və aşkarda nə etdiyinin hesabını çəkəcək. Siz Allaha çox dua edin, çünki qəlblər Allahın əlindədir. Dualarınızın qəbul olması üçün çox səy göstərin, namazlarda davamlı olun, evdə gözəl dini mühit yaradın, bacarsanız onu pis yoldaşlardan çəkindirin, özünüz həyat yoldaşınıza nümunə olun ki, pis əməldən utanıb çəkinsin. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
Ərim mənimlə maraqlanmır, nə edim? 

Teqlər: 
Paylaş: