Cadu hətta Allaha bağlı insana da təsir edirmi?
Sual:
dedikleriniz asburtdu namaz qil cadudan azad ol deyirsiz allaha bagli insanada cadu olunub ve onu oldurub yalandan camaati qandirmayin teselli verirsiz sadece
Cavab:
Salam aleykum. Cadu insana pislik etmək üçün bir vasitədir. Uca Allah bütün pisliklərə qarşı, həmçinin caduya qarşı da qorunma üsullarını bildirmişdir. Cadunun hər kəsə təsir etdiyini demək, qılıncı olan adamın istədiyi hər kəsi öldürə biləcəyini deməyə oxşayır. Halbuki ondan müdafiə olunmaq mümkündür. Dediyiniz insan isə ola bilsin ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu vasitələri düzgün istifadə etməyib. Daha ətraflı: Cadudan necə qorunmaq olar?