Qəsdən və ya unudaraq buraxılan namazların qəzası qılınırmı?

    10.10.2016
Sual: 
Salam Aleykum.qəsdən və yaxud yaddan çıxaraq qılınmayan namazların qəzası qılınırmı?
Cavab: 

Və aleykum Salam. Yaddan çıxaraq namaz qəzaya qalırsa, bu namazın kəffarəsi yada düşən kimi qılınmasıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Muslim, 1103).
Namazı qəsdən buraxmaq isə ən böyük günahlardandır və kəffarəsi yoxdur. Günahın bağışlanması üçün tövbə edərək bir daha belə etməmək, çoxlu xeyirli əməllər etmək lazımdır. Belə hallar imanın zəifləməsindən irəli gəlir. Həmçinin oxuyun: İmanı artırmaq üçün nə etmək lazımdır? 

Teqlər: 
Paylaş: