99. əz-Zəlzələ surəsi

"Zəlzələ" surəsi, 8 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. Yer titrəyib lərzəyə gələcəyi zaman;

2. Yer öz yükünü bayıra atacağı

3. və insan: "Ona nə olub?"– deyəcəyi zaman –

4. həmin gün yer öz əhvalatlarını danışacaqdır.

5. Çünki Rəbbin ona vəhy edəcəkdir.

6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.

7. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.

8. Zərrə qədər pislik edən də əvəzini alacaqdır.