103. əl-Əsr surəsi
"Axşam çağı" surəsi, 3 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And olsun axşam çağına!
2. Həqiqətən, insan ziyan içərisindədir.
3. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.