Nə qədər ibadət etsək də, yenə bizə cadu edirlər...

    29.10.2016
Kimdən: 
Ayishe
Sual: 
Salam Aleykum ve Rehmetullah menim ailem artiq 20 ile yaxindirki namaz qilir ve Allah yolu ile gedir ve atiq 25 ile yaxindirki bizim heyetimizden ekin yerimizden hemcinin mal qaranin yeminin icinden bele basdirilmis yumurta cixir bu caduda nece qoruna bilerik birde esas sualim meni cox maraqlandirir niye mes yumurta?? Kagiz ve ya bawqa birsey ola bilerdi axi niye yumurta?
Cavab: 
Və aleykum Salam və rahmətullah. Dində "ibadət edəcəyiniz halda heç kim sizə cadu etməyəcək" kimi bir hökm yoxdur. Ən çox ibadət edən Peyğəmbərə də (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cadu edilmişdi. Amma Uca Allah bizə cadudan qorunmağın üsullarını bildirmişdir. Daha ətraflı: Cadudan necə qorunmaq olar? 
Cadunun nə üçün başqa əşyalar yox, yumurta ilə edilməsinin səbəbini isə cadugərlər daha yaxşı bilir. Siz hər bir halda evinizə gəlib gedən insanları araşdırın, cadu ilə məşğul olan insanları evinizə buraxmayın.
Teqlər: 
Paylaş: