114. ən-Nəs surəsi

"İnsanlar" surəsi, 6 ayə,
Mədinədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. De: "Sığınıram insanların Rəbbinə,

2. insanların Hökmdarına,

3. insanların məbuduna!

4. Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.

5. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

6. cinlərdən də olur, insanlardan da!"