113. əl-Fələq surəsi

"Sübh" surəsi, 5 ayə,
Mədinədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 

1. De: "Sığınıram sübhün Rəbbinə!

2. Məxluqatının şərindən,

3. çökən zülmətin şərindən,

4. düyünlərə üfürən cadugər qadınların şərindən

5. və həsəd aparan zaman paxılın şərindən!"