Quran ərəbcə nazil olduğuna görə ərəblər başqa millətlərdən üstündürmü?

    01.11.2016
Sual: 
Salam aleykum. Quran ərəbcə nazil olmaqla ərəblər digər millətlərdən üstün olubmu?Məhəmməd peyğəmbər digər peyğəmbərlərdən üstündürmü..ümumiyyəylə hansı peyğəmbərlər üstündür?
Cavab: 

Və aleykum Salam.
1. Ərəblər digər millətlərdən üstün deyil. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur:  “...Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın da ağdan üstünlüyü yalnız təqva (Allah qorxusu) ilədir”. (İmam Əhməd, 5/ 411). Digər hədisdə buyurur: "Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar". (Muslim, 2064). Ona görə hər hansı milliyyətdən olmaq deyil, Allahdan daha çox qorxmaq üstünlük sayılır. Lakin, ərəb dili söz ehtiyyatı ən geniş və qrammatik cəhətdən ən güclü dil olduğuna görə Allah Öz Kəlamını insanların düzgün başa düşməsi üçün bu dildə nazil etmişdir. Uca Allah buyurur: "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz" (Yusuf, 2).
2. Bəli, Muhamməd Peyğəmbər (salləllahu aleyhi və səlləm) digər peyğəmbərlərdən üstündür. Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörə­sindən keçir, ona təəccüb edir və deyirlər: “Nə üçün bura bir kərpic qoyul­mayıb?” Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) davam edib dedi: “O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam”. (əl-Buxari, 3535).
Həmçinin, buyurur: “Mənə beş (xis­lət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: “Bir ay əvvəl düş­mənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, üm­mətimdən olan hər bir kəs istənilən yer­də vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki, bu, mən­dən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiya­mət günü tə­ri­fə­la­yiq mə­qamda) şəfaət verməyim; və bir də hər bir peyğəmbər yalnız öz qöv­mü­nə göndə­rilərdi, mən isə bütün insanlara göndərilmişəm”. (əl-Buxari, 335).

Teqlər: 
Paylaş: