Sübh namazına dura bilmədiyim üçün səhərə qədər oyaq qala bilərəmmi?

    13.11.2016
Sual: 
Salam aleykum,men bir sual vermek isteyirem.men subh namazina oyaq qalsam olar? qalxa bilmirem cunki .. cox saqolun
Cavab: 
Və aleykum Salam. Ümumən sübhə qədər oyaq qala bilərsiniz. Ancaq bunu davamlı şəkildə etmək həm çox çətin, həm də bir növ insanın özünə zülm etməsidir. Çünki, Uca Allah gecəni insan üçün istirahət vaxtı kimi yaradıb. Necə ki, Uca Allah buyurur: "Yuxunuzu da istirahət etdik. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik". (ən-Nəbə, 9-10); "Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik?" (ən-Nəml, 86); "Gecəni rahatlanmanız üçün yaradan, gündüzü (ruzi qazanmanız üçün) işıqlı edən Allahdır...". (Ğafir, 61).
Həmçinin, gecə oyaq qalmaq daha tez qocalmağa və müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Ona görə də sübh namazına durmağa çətinlik çəkən müsəlmanlara, bunun üçün vasitələrdən istifadə etmək  tövsiyə olunur. Daha ətraflı: Sübh namazına qalxa bilmək üçün nə etmək lazımdır?
Teqlər: 
Paylaş: