Evli kişi, evli qadınla kəbin kəsdirə bilərmi?

    21.11.2016
Kimdən: 
gizli qalsin
Sual: 
Salam. Eyer bir kisi evlidirse ve basqa bir evli qadinla evli ola ola kebn baglamaq isdeyirse her ikisi oz heyat yoldaslarindan halalliq almaqlari vacibdi eyer vacibdise almasalar xais edirem aciq aydun cavab vererdiz
Cavab: 

Və aleykum Salam. Əgər nəzərdə tutduğunuz siğədirsə, bu haramdır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Xeybərin fəthi günü Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) siğəni və eşşəyin ətini yeməyi haram buyurmuşdur". (əl-Buxari, 4216). Əgər adi evliliyi nəzərdə tutursunuzsa, kişi yalnız bakirə və ya dul qadınla evlənə bilər. Ailəli qadın da yalnız ərindən boşandıqdan sonra başqa kişiyə ərə gedə bilər. Kişinin öz xoşuna gəldiyi qadının ərindən ayrılmasına və ailəsinin dağılmasına çalışması isə günahdır. Uca Allah buyurur: "(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi". (ən-Nisə, 24). Həmçinin, oxuyun:
Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilərmi?
Haram sevgini necə unutmaq olar?
Nigah bağlamağın qaydası

Teqlər: 
Paylaş: