Qəlbini qıran insandan qisas almaq və halallıq almaq barədə

    24.12.2016
Sual: 
Salam.Qelbini qiran adamdan qisas almaq duzgundur.?men hele bir gunah isletdim.Amma cox pewmanam.haqqina girdiyin insanlardan uzur istemek olmursa basqa cur halalasmaq olar
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Bunlar iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür. O kəslər üçün ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman xətanı bağışlayırlar, O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. Haqsızlığa uğradıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz. Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir". (əş-Şura, 36-43). Əgər halallıq almaq mümkün deyilsə, həmin şəxs üçün Uca Allahdan bağışlanma diləmək lazımdır. Daha ətraflı: 
Paylaş: