Qəza oruclarına yalnız Ramazan ayının, yoxsa digər ayların da nafilə orucları daxildir?

    06.12.2016
Kimdən: 
inare
Sual: 
salam size bir sualim var qeza oriclari dedikde yalniz Ramazan ayinin oruclari nezerde tutulur yoxsa Sevval erefe asura oruclarida buna daxildi xaiw edirem sualimi cavablandirin
Cavab: 
Və aleykum Salam. Qəza oruclarına yalnız Ramazan ayında buraxılan qəza orucları daxildir. Çünki Şəvval, Muhərrəm və s. bu aylarda tutulan nafilə orucların qəzası olmur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz". (əl-Bəqərə, 183-185).
Teqlər: 
Paylaş: