22. Tilavət səcdəsində edilən dua

   [Səcədə vachiyə lilləzi xaləqahu, va şəqqa səm'ahu, va bəsarahu bi havlihi va quvvatihi (fə təbərakə-l-lahu əhsənu-l-xali­qin)]
 
   «Üzüm onu yaradana, Öz qüdrət və gücü ilə on­da göz və qulaq açana səcdə etdi. Yara­danların ən gözəli olan Allah nə qədər xeyir­xahdır!»[2]
 
  [Allahummə-k-tub li bihə indəkə əc­ran, va da' anni bikə vizran, va-c-a'lhə li indəkə zuxran, va təqabbəlhə minni kəmə təqabbəltəhə min abdikə Dəvud]
 
 «Allahım! Bunun sayəsində mənə Öz ya­nında mükafat yaz, onun səbəbilə məndən yü­kü götür [günahımı sil], onu mənim üçün Öz yanında saxla və onu bəndən Da­vuddan qəbul etdiyin kimi məndən də qəbul et!»[3]
 

 
[1] [Quran oxunarkən səcdə olunması əmr edilmiş ayəni oxu­duqdan sonra səcdə etmək.]
[2] ət-Tirmizi, 2/474; Əhməd, 6/30; Hakim onu “səhih” hesab etmiş, əz-Zəhəbi də bunu təsdiqləmişdir, 1/220. Əlavə də onundur.
[3] ət-Tirmizi, 2/473; Hakim onu “səhih” hesab etmiş, əz-Zəhəbi də bunu təsdiqləmişdir, 1/219.