Cinli insan intihar etsə, Cəhənnəmə düşürmü?

    08.12.2016
Sual: 
Salam aleykum. Eger namaz qilan bir insana cadu olunubsa ve o da ozunden biixtiyar ozune qesd edibse, o insan yene de cehenneme duwecek?
Cavab: 

Və aleykum Salam. Kimin Cəhənnəmə düşəcəyini yalnız Allah bilir.  Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Dəvud, 4380).  O həqiqətən ağlı başında olmadan özünə qəsd edirsə, üzürlüdür.  Belə hallarla qarşılaşmamaq üçün hər kəs cadudan qorunmağın yollarını bilməlidir. Bu da Allaha sığınmaqla, ona güclü təvəkkül etməklə mümkündür. Daha ətraflı:
Cadudan necə qorunmaq olar? 

Teqlər: 
Paylaş: