"Dünyada hamıdan tox olan, Qiyamətdə hamıdan ac olacaq" hədisi səhihdirmi?

    08.12.2016
Sual: 
Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq. Həzrət Məhəmməd (s)
Cavab: 
Salam aleykum. Bəli, belə bir hədis səhihdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir ki, "Bir dəfə həddindən artıq çox yemiş bir nəfər gəyirməyə başladı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): "Gəyirmə! Çünki dünyada çox doyanlar, qiyamətdə çox ac qalacaqlar", − deyib xəbərdarlıq etdi". (ət-Tirmizi, "Qiyamət" 37. hədis; 2478, 2666). 
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Heç bir insan mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki ayaq üstə durmaq üçün bir neçə tikə kifayətdir. Əgər mütləq çox yeyəcəksə, mədəsinin üçdə birini yeməyə, üçdə birini suya, üç də birini də nəfəsinə ayırsın". (ət-Tirmizi, "Zuhd", 47. hədis; 2380, 2554).
Əbu Hureyrə (Allah ondan razı olsun) belə nəql edir: "Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) evinə qonaq gəlmişdi. Gələn qonaq hələ müsəlman olmamışdı. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onun üçün qoyundan süd sağılmasını əmr buyurdu. Qonaq gətirilən yeddi qab südü içib qurtardı. Bu qonaq ertəsi gün müsəlman oldu. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) ona yenə də süd gətirilməsini əmr etdi. Qonaq südü içdi. Peyğəmbərimiz  (salləllahu aleyhi və səlləm) yenə süd gətirtdi. Amma o, südü içib qurtara bilmədi. Bunu görən Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Mömin bir mədəsi ilə, kafir isə yeddi mədəsi ilə yeyib-içir". (əl-Buxari, 5397).
Teqlər: 
Paylaş: