Arzunun reallaşması üçün niyyət edərək oruc tutmaq olarmı?

    24.12.2016
Kimdən: 
Rahid
Sual: 
salam,mən hər yerdə axtardım ancaq tapa bilmədim.mən axşam dua etdim və istəyimin gerçəkləşməsi üçün oruc tutacağımı niyyət etdim..və bu gün də niyyətimə əməl edirəm.istəyimin gerçəkləşməsindən əvvəl və sonra 3 gün oruc tutacağımı niyyət etmişəm.bu haqda bir izah verərdiz mənə
Cavab: 
Və aleykum Salam. El arasında buna nəzir deyilir. Allah qarşısında nəzir və ya niyyət qismində verilən sözün imkan daxilində yerinə yetirilməsi nəzirin əsas şərtlərindəndir. Əgər oruc tutacağınıza söz vermisinizsə, bu orucu tutmalısınız. Oruc tutmağa niyyət edən insan orucu tuta bilmədikdə, imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdurmalıdır. Yaxud könüllü şəkildə onun əvəzinə kimsə orucu tutmalı və ya kəffarəsini verməlidir. Niyyət edilən orucu tutmaq üçün, işin düzəlməsini gözləmək yox; ilk öncə niyyət olunan nəziri həyata keçirmək və bu cür ibadətlər əsnasında, hansısa bir işin düzəlməsi üçün Uca Allahdan yardım diləmək lazımdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir. Daha ətraflı:
Teqlər: 
Paylaş: